SON XƏBƏRLƏR

Pezeşkianın sistemə inteqrasiyası başladı- Nəsrullah məktub yazıb

2024.07.11, 12:45
Pezeşkianın sistemə inteqrasiyası başladı- Nəsrullah məktub yazıb

İranın yeni Prezidenti Məsud Pezeşkianın "İslam Respublikası"nın siyasi siteminə və Əli Xaməneinin təyin etdiyi ideoloji qaydalara inteqrasiya edilməsi prosesi sürətləndirilib.

Gunaz.tv

Bu qəbildən olan məsələlərdən biri, onun seçildikdən dərhal sonra Livanın terror təşkilatı Hizbullahın lideri Şeyx Həsən Nəsrullaha məktub yazması oldu.

Pezeşkian məktubunda İranın "Müqavimət Cəbhəsi" adlandırdığı bölgədəki proksi qüvvələrinə dəstəyinin davam edəcəyini yazıb.

Buna cavab olaraq isə Həsən Nəsrullah İran Prezidentinə təşəkkür məktubu ünvanlayıb.

Nəsrullah Pezeşkianın ona yazdığı məktubda dəstək mesajlarına görə İran prezidentinə təşəkkür edib.

"Sizin mesajlarınız və siyasi mövqeyiniz bir daha İranın müqavimət cəbhəsinə dəstəyinin əsaslarının dəyişilməz olduğunu təsdiqlədi",- Hizbullah rəhbəri bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar