SON XƏBƏRLƏR

Xuzistanın kağız sənayesinin işçiləri tətil aksiyası keçirir

2024.07.12, 14:34
Xuzistanın kağız sənayesinin işçiləri tətil aksiyası keçirir

İranın Xuzistan əyalətinin Şuştər şəhərində selüloz və kağız sənayesinin 350 işçisi 9 gün əvvəl başlatdıqları tətil aksiyasını davam etdirəcəklər.

Gunaz.tv

Bu barədə narazı işçilərin yaydığı bəyanatda bildirilib.

Onlar uzun müddətdir əmək haqlarını ala bilmədikləri, siğorta və başqa qanuni hüquqlarından istifadə edə bilmədiklərinə görə işi dayandırdıqlarını deyiblər.

"Bir ildir əmək haqlarımızı ala bilmirik, bundan əvvəl verilən vədlərə inanıb yenidən işə başlasaq da maaşlarımızın ödənilməsi ilə bağlı verilən sözlər yerinə yetirilmədi",- işçilər sosial mediadakı paylaşımlarında vurğulayıblar.

Onlar əmƏk haqları ödənilməyənə və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin edilməyənə kimi işə çıxmayacaqları barədə xəbərdarlıq ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar