SON XƏBƏRLƏR

Husilərin lideri İran prezidentinə zəng edib

2024.07.15, 11:13
Husilərin lideri İran prezidentinə zəng edib

İrana bağlı Yəmənin husi terror təşkilatının lideri Pezeşkiana zəng etdi

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Yəmən Husilərinin Ali Siyasi Şuranın sədri Mehdi Əlmuşat İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında onu prezident seçilməsi münasibətilə təbrik edib.

O, bununla yanaşı İran rəhbəri Əli Xaməneinin Fələstini müdafiə etməsini təqdir edib.

"Bizdə rəhbərin Yəmən və Fələstin xalqını dəstəkləmək istiqamətindəki cəsarətli qərarını alqışlayırıq",- Məsud Pezeşkian ona cavab verib.

Qeyd edək ki, bundan əvvəl İranın dəstəklədiyi HƏMAS və Hizbullah terror təşkilatlarının liderləri də Məsud Pezeşkianı təbrik ediblər.

Yeni prezident isə onlara İranın bölgədəki proksi qüvvələrə dəstəyinin davam etdiriləcəyi barədə söz verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar