SON XƏBƏRLƏR

Rizvan Həkimzadə Pezeşkianın komandasına cəlb olundu

2024.07.16, 12:06
Rizvan Həkimzadə Pezeşkianın komandasına cəlb olundu

İranın yeni Prezidenti Məsud Pezeşkianın başçılıq etdiyi 14-cü hökumətin Təhsil Nazirliyinin Siyasət Komitəsinin üzvlərinin adları açıqlanıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Komitəsinin üzvləri arasında bundan əvvəl məktəbə qədərki dövrdə uşaqların farscanı məcburi öyrənmələri üçün hazırlanan layihənin müəllifi və icraçılarından olan Rizvan Həkimzadənin də adı var.

Rizvan Həkimzadə və onun əməkdaşlarının bundan əvvəl hazırlayıb və icrasına başladıqları layihə qeyri-fars uşaqların ana dillərini unutdurmağa hesablanıb.

Layihəyə görə, uşaqlar 4 yaşından fars dilini öyrənməli və məktəbə daxil olmaq üçün bu dildən imtahan verməlidir.

4 yaşında fars dilini yaxşı mənimsəyə bilməyən uşaqlar isə xüsusi təlim mərkəzlərinə göndərilməlidirlər.

Qeyd edək ki, bu həm ölkə daxili və həm də xaricdə geniş etirazlara səbəb olub.

Qeyri-fars xalqların nümayəndələri bu layihəni uşaqların az yaşlarından başlayaraq assimilyasiya edilməsi, qeyri-fars dillərə qarşı açıq hücum kimi dəyərləndiriblər.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar