SON XƏBƏRLƏR

Tehran merinin korrupsiya əməlləri ifşa edilir

2024.07.17, 14:16
Tehran merinin korrupsiya əməlləri ifşa edilir

Prezident seçkilərində Məsud Pezeşkianın rəqibi olan Tehran meri Əlirza Zakaninin korrupsiya faktları barədə məlumatlar yayılır.

Gunaz.tv

Bu barədə tanınmış ictimai fəal və media nümayəndəsi Məhəmməd Parsi paylaşım edib.

Biildirilib ki, Əlirza Zakani bir neçə avtobus və elektirklə işləyən avtomobil almaq üçün Çin hökumətinə 2 milyard dollar pul ödəyib.

"Zakaninin ödədiyi məbləğin 1 milyardı ilə Çin türkiyədə avtomobil istehsalı zavodu təsis edib. Soruşuruq ki, niyə bir neçə avtobus və avtomobilə görə iki zavodun pulunu ödəyibsiniz? deyirlər gizli məlumatdır",- Məhəmməd Parsi paylaşdığı yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Əirza Zakaninin işdən qovulması tələbi ilə kampaniya başladılıb və on minlərlə tehranlı petisiyanı imzalayıb.

Zakani seçki qabağı televizya debatında Məsud Pezeşkianın prezident olmasına icazə verməyəcəyini demişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar