SON XƏBƏRLƏR

Gilanda hüquq müdafiəçiləri həbs edildi

2024.07.17, 15:01
Gilanda hüquq müdafiəçiləri həbs edildi

İranın Gilan əyalətində daha 3 hüquq müdaiəçisi saxlanılaraq həbsxanaya köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, bu gün Humən Tahiri, Sara Cahani və Yasəmin Həşdəri Rəşt şəhərinin Lakan həbsxanasına aparılıblar.

Sara Cahani və Yasəmin Həşdəri "milli təhlükəsizliyi pozmaq məqsədilə təşkilata üzv olmaq) və "hakimiyyətə qarşı təbıiğat" ittihamlarına görə, 6 il, 1 ay və 17 gün, Humən Tahiri isə "hökumətə qarşı təbliğat"a görə 1 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gilan əyalətində daha 9 hüquq müdafiəçisi oxşar ittihamlara görə uzun müddətli həbs cəzalarına məhkum ediliblər.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar