SON XƏBƏRLƏR

Məcburi hicab qaydalarını pozanlar polis idarələrinə çağırıldı

2024.07.18, 12:31
Məcburi hicab qaydalarını pozanlar polis idarələrinə çağırıldı

Əlburz əyalətinin Kərəc şəhərində Aşura münasibətilə hicabsız şəkildə əzadarlıq mərasimi keçiriən qadın və qızlar polis idarələrinə çağırılıb və dindiriliblər.

Gunaz.tv

Bu barədə əyalətin Polis İdarəsinin rəisi Həmid Hudavənd bildirib.

O, həmin şəxslərin əzadarlıq mərasimlərinə hörmətsizlik etdikləri və yas saxlayanların hissləri ilə oynadıqlarını deyib.

“Şiə imamlarının müqəddəsliyini və hörmətini pozan şəxslərə qarşı tədbir görüləcək”, - polis rəisi vurğulayıb.

Xatırladaq ki, iyulun 16-sı aşura günü Kərəc şəhərində əzadarlıq mərasiminə qatılan bir qrup hicabsız qadın və qız zəncir vurub, əzadarlıq ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar