SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanından Mahan Hava Yollarına qadağa

2024.07.18, 13:03
Səudiyyə Ərəbistanından Mahan Hava Yollarına qadağa

Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi İranın Mahan Hava Yollarına Səudiyyə Ərəbistanının hava limanlarına eniş etmək və ya ölkəsinin hava məkanı üzərindən uçmaq üçün uçuşunu qadağan edib.

Gunaz.tv

Bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Mülki Aviasiya Baş İdarəsi İranın “Mahan” şirkətini Səudiyyə Ərəbistanında beynəlxalq operatorların təhlükəsizliyini təhlükəyə atmaqda və ölkənin daxili qanunlarını pozmaqda ittiham edib.

Qeyd edək ki, "Mahan" hava yolları şirkəti SEPAH-a bağlıdır və bu bölgədə İrana bağlı proksi qüvvələrə silah daşımaqla məşğul olur.

Bundan əvvəl başqa bir neçə ölkə də "Mahan" təyyarələrinin girişinə və yanacaq doldurmalarına icazə verməyib.

Adı çəkilən hava yolları şirkətinin adı Qərbin tətbiq etdiyi sanksiyalar siyahısındadır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar