SON XƏBƏRLƏR

İran təhdidlərinə cavab verəcəyik - Vedant Patel

2024.07.19, 12:45
İran təhdidlərinə cavab verəcəyik - Vedant Patel

Vaşinqton İslam Respublikasının ABŞ vətəndaşlarına və maraqlarına qarşı təhdidlərinin əleyhinə müvafiq tədbirlər görür.

Gunaz.tv

Bunu ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel deyib.

"ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti və Ədliyyə Departamenti İslam Respublikasının Amerika rəsmilərinə sui-qəsd təhdidləri ilə bağlı araşdırmalar aparır",- o bildirib.

Qeyd edək ki, CNN kəşfiyyat məlumatına əsasən İranın Trampa sui-qəsd etməyə çalışdığı, buna görə siyasətçinin mühafizəsinin gücləndirildiyi haqda məlumat yayıb, amma Pensilvaniyadakı sui-qəsd cəhdinin arxasında Tehranın dayanmadığını bildirib.

İran isə bu informasiyanı qəti şəkildə təkzib edib.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə SEPAH-ın Qüds qüvvələrinin komandiri Qasım Sülemaninin o vaxtkı ABŞ prezidenti Donald Trampın göstərişi ilə Bağdadda ABŞ-ın raket hücumu nəticəsində öldürülməsindən sonra SEPAH komandirləri və İran rəsmiləri qısas alacaqları barədə dəfələrlə bəyanatlar səsləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar