SON XƏBƏRLƏR

Cavid Rəhman İranla bağlı son hesabatını yaydı

2024.07.23, 15:05
Cavid Rəhman İranla bağlı son hesabatını yaydı

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranla bağlı son hesabatını yayıb.

Gunaz.tv

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi hesabatı "İran: Qəddar cinayətlər araşdırılmalı və günahkarlar mühakimə olunmalıdır" başlığı altında yayımlayıb.

Cavid Rəhman 1980-81-ci və 1988-ci illərdə İran həbsxanalarında minlərlə siyasi məhbusun edamını bəşəriyyətə qarşı cinayət adlandırıb.

O, İran hakimiyyətinin qeyd olunan illərdə qanunsuz və özbaşına həbslər həyata keçirməsini, edam hökmləri çıxarması və minlərlə nəfəri edam etməsini araşdırmaq, məsuliyyət daşıyanların cavabdehliyə cəlb edilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının zəruriliyini bildirib.

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın 3 illik missiyasının vaxtının başa çatması ilə eyni vaxtda yaponiyalı hüquqşünas May Sato onun yerinə təyin olunur və avqustun əvvəlindən rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar