SON XƏBƏRLƏR

Bəluclar SEPAH üzvlərini girov götürüb

2024.07.24, 10:45
Bəluclar SEPAH üzvlərini girov götürüb

İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünni məzhəbli etnik bəlucların silahlı təşkilatı olan “Ceyş əl-Ədl” qruplaşması SEPAH-a bağlı 9 nəfəri girov götürüb.

Gunaz.tv

Bu barədə qruplaşmanın bəyanatında deyilib.

Saxlanılan şəxslər İran, Pakistan və Əfqanistandan olan SEPAH-a bağlı casus qrupunun üzvləri olduqları bildirilib.

Əməliyyatlar zamanı “Ceyş əl-Ədl” təşkilatının 2 üzvünün öldüyü qeyd edilib.

Qeyd edək ki, silahlı qruplaşma bu günə kimi əyalətin müxtəlif bölgələrində SEPAH qüvvələrinə qarşı çox sayda əməliyyatlar həyata keçirib.

Təşkilat İran, Yeni Zellandiya, ABŞ və Yaponiya tərəfindən terror qruplaşması kimi tanınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar