SON XƏBƏRLƏR

ABŞ İrana xəbərdarlıq edib

2024.07.30, 12:23
ABŞ İrana xəbərdarlıq edib

İyulun 27-də İsrailin Məcd əl-Şəms bölgəsinə raket hücumundan sonra ABŞ İran hökumətinə 3 dəfə xəbərdarlıq mesajı göndərib.

Gunaz.tv

Bu barədə "Royters" adı açıqlanmayan İran mənbəyinə istinadən məlumat yayıb.

Mənbəyin sözlərinə görə, Amerika öz mesajlarında gərginliyin artmasının bütün əlaqəli tərəflər üçün zərərli olduğunu vurğulayır.

İranın hakimiyyət orqanları hələlik bu xəbərə və ya Tehran və Vaşinqton arasındakı mesaj mübadiləsi barədəki iddialara reaksiya verməyib.

İran Prezidenti Məsud Pezeşkian isə iyulun 29-da Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Livana hücumun İsrail üçün ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, iyulun 27-də Hizbullah Qolan təpələrində yerləşən Məcdəl-Şəmsə zərbə endirib, nəticədə 12 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrailin cavab əməliyyatı hazırladığı bildirilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar