SON XƏBƏRLƏR

Güneyli vəkil mühakimə olunacaq

2024.08.03, 14:44
Güneyli vəkil mühakimə olunacaq

Bir neçə milli fəalın vəkili olan güneyli hüquqşünas Məhəmmədrza Fəqihi bu gün Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsində mühakimə olunacaq.

Gunaz.tv

Bu barədə Almaniyada yaşayan təbrizli vəkil Sina Yusifi məlumat yayıb.

Ona qarşı "ictimai asayişi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamının irəli sürüldüyü bildirilib.

Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin "etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi. 

Qeyd edək ki, Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar