SON XƏBƏRLƏR

Rəştdə qadın fəallara ağır həbs cəzası verildi

2024.08.14, 09:55
Rəştdə qadın fəallara ağır həbs cəzası verildi

Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin İnqilab Məhkəməsi 5 qadın fəal barədə ağır həbs qərarı çıxarıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Nina Gülüstani, Rozita Rəcayi, Anahita Hicazi, Begin Ədalətxah və Anahita Dustdar adlı hüquq müdafiəçilərinin hər biri 4 il, 1 ay və 17 gün azadlıqdan məhrum ediliblər.

Xanım fəallar "hakimiyyətə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıblar.

Onlar ötən ilin noyabr ayının 20-də həbs edilib və bir müddət dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar