SON XƏBƏRLƏR

Babək qalasında həbs olunub sərbəst buraxılan fəallara qarşı təzyiq göstərilir

2024.08.16, 13:00
Babək qalasında həbs olunub sərbəst buraxılan fəallara qarşı təzyiq göstərilir

Bundan əvvəl avqustun 2-də Kəleybər rayonunun Babək qalasından qayıdarkən həbs edilən bir neçə milli fəalın bir gün sonra sərbəst buraxılmalarına baxmayaraq, onlara hələdə təzyiq göstərilir.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat verib.

Bildrilib ki, polis qüvvələrinin təhlükəsizlik və kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən saxlanılan fəalların sənədləri və mobil telefonları alınıb.

"20 hökumət məmuru qaladan qayıdan Əli Lisani, Mehdi Lisani, Meysəm Colani, Behzad Dəşti, Rza Vasiqi və Pejman Səliminu mühasirəyə alaraq həbs etmək istəyiblər. Buna etiraz edən və məmurlardan həbs barədə məhkəmə hökmü tələb edən fəallara fiziki təzyiq göstərib, təhqir olunub və Kəleybər şəhərinin polis təcridxanasına aparıblar",- məlumatda bildirilib.

Fəalların sözlərinə görə, repressiya qrupuna başçılıq edən Hüseyn Əfraştə adlı zabit milli fəalların etirazları ilə qarşılaşdıqdan sonra telsiz vasitəsilə bölgəyə əlavə qüvvələrin gətirirlməsini istəyib.

Milli fəalların sənədlərın avqustun 3-də sərbəst buraxılmalarına baxmayaraq, onların bəzilərinin sənəd və mobil telefonları özlərinə qaytarılmır, həbs ediləcəkləri ilə hədələnirlər.

Qeyd edək ki, Meysəm Colani, Rza Vasiqi, Behzad Dəşti və Pejman Səlimi Kəleybər polis bölməsindən, Əli Lisani və Mehdi Lisani isə Əhər şəhərinə köçürüldükdən sonra sərbəst uraxılıblar.

Ad çəkilən fəallar bundan əvvəl də, dinc mədəni fəaliyyətlərinə görə təqib və təzyiqlərə məruz qalıb, həbs olunublar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar