SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda sənaye ağır durumdadır

2024.08.19, 12:40
Şərqi Azərbaycanda sənaye ağır durumdadır

Elektrik enerjisinin paylaşımındakı qeyri-bərabərlik səbəbindən Şərqi Azərbaycanda sənaye, xüsusilə polad sənayesi ağır vəziyyətə düşüb.

Gunaz.tv

Bu sözləri Təbriz Ticarət Palatasının Mədən və Metallar Komissiyasının sədri Ümid İsmayıl Zəfər deyib.

O, polad sənayesinin ən çox gəlir gətirən sahələrdən biri olduğunu söyləyib və bu sahəyə hazırkı münasibətin davam edəcəyi təqdirdə onun müflis olacağı barədə xəbərdarlıq edib.

"Hökumətin bu sahəyə dəstək verməsi zəruridir, mövcud şçərayit davam edərsə əyalətin polad ixracatı böhranla üzləşəcək",- İsmayıl Zəfər bildirib.

Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının başçısı Əbdülhəmid Sərtipi də vəziyyətin ağır olduğu barədə danışıb.

O, xüsusən son iki ay ərziondə elektrik enerjisi çatışmazlığı səbəbindən əyalətin polad sənayesinin ciddi çətinliklərlə üzləşdiklərinə diqqət çəkib.

Qeyd edək ki, son aylar elektrik enerjisinin verilişində uzun müddətli fasilələrin yaranmasına görə, bir sıra əyalətlərin, xüsusilə Şərqi, Qərbi Azərbaycan və Ərdəbil əyalətinin sənaye müəssisələrinə ziyan dəyib.

Bu səbəbdən avqustun 1-də Ərdəbil şəhərində zavod və fabrik yiyələri davamlı elektrik enerjisi kəsintilərinə görə etiraz aksiyası keçirib, hakimiyyətin problemin həllinə laqeyd yanaşmasından narazılıqlarını bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar