SON XƏBƏRLƏR

Kirmanda yüksək rütbəli məsullar həbs edilib

2024.08.20, 09:58
Kirmanda yüksək rütbəli məsullar həbs edilib

İranın Kirman əyalətində Neft Şirkətinin 7 yüksək rütbəli məsulu korrupsiya ittihamına görə həbs edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Saxlanılan şəxslərin yanacağın qaçaqmalçılıq və başqa qanunsuz yollarla satışı və ixracında günahlandırıldıqları bildirilib.

Həmin şəxslərin evlərində axtarış aparılıb, külli məbləğdə pul və yüzlərlə qızıl sikkə aşkarlanaraq götürülüb.

Bir müddət əvvəl Pakistanın təhlükəsizlik və kəşfiyyat qurumları 2023-cü ildə İrandan Pakistana 1 milyard dollar dəyərində qaçaq yollarla yanacaq ixrac edildiyini bildiriblər.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar