SON XƏBƏRLƏR

Azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçiriblər

2024.08.20, 11:34
Azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçiriblər

Avqustun 19-da Güney Azərbaycanın Zəncan, Təbriz və Urmiya şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı İranın 8 şəhərndə də təqaüdçülər oxşar istəklərlə aksiya keçiriblər.

GüenazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar