SON XƏBƏRLƏR

Məhbus fəalın vəziyyəti ağırlaşıb - Müalicəsinə icazə verilmir

2024.08.22, 11:36
Məhbus fəalın vəziyyəti ağırlaşıb - Müalicəsinə icazə verilmir

Təbrizin mərkəzi həbsxanasında saxlanılan milli fəal Kərim İsmayılzadənin vəziyyəti yenidən ağırlaşıb.

Gunaz.tv

Bu barədə onun ailəsinə istinadən insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, həbs müddətinin başa çatmasına 18 gün qalmış Kərim İsmayılzadə mədə qanaxması keçirib.

"Həbsxananın həkimləri onun xəstəxanaya köçürülməsini tövsiyə etsələr də, məhkəmə sistemi və həbsxana rəhbərliyi buna icazə verməyib.

Qeyd edək ki, "insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək"də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib və 6 aylıq məhkumluq dövrünü yaşamaq üçün Təbriz həbsxanasına köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar