SON XƏBƏRLƏR

Milli fəal təkadamlıq kameraya salındı

2024.09.04, 11:56
Milli fəal təkadamlıq kameraya salındı

Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyasına əl atan milli fəal Hüseyn Piri sentyabrın 2-də təkadamlıq kameraya salınıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, milli fəala aclıq aksiyasını dayandırmaq üçün təzyiq göstərilib, o, bundan imtina etdiyi üçün başqa məhbuslardan təcrid olunub.

Qeyd edək ki, Hüseyn Piri fevralın 6-da başqa bir neçə fəalla birgə həbs edilərək Evin həbsxanasına köçürülüb.

O, "hökumətə qarşı təbliğat” və “daxili və xarici təhlükəsizliyi pozmaq üçün əlbir olmaq"da günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar