SON XƏBƏRLƏR

Milli fəal Kərim İsmayılzadə həbsdən buraxıldı - Vəziyyəti ağırdır

2024.09.06, 10:53
Milli fəal Kərim İsmayılzadə həbsdən buraxıldı - Vəziyyəti ağırdır

Təbrizin mərkəzi həbsxanasında saxlanılan milli fəal Kərim İsmayılzadə sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları onun ailəsinə istinadən məlumat yayıblar.

"Kərim İsmayılzadə 6 aylıq məhkumluq dövrünü başa vurduqdan sonra sərbəst buraxılsa da onun səhəttində ciddi problemlər var və həyatı təhlükədədir",- deyə məlumatda bildirilib.

Hüquq müdafiəçiləri azərbaycanlı fəalın səhhətinin həbsxanadakı çətin şəraitə və müalicəsinə imkan verilmədiyinə görə şiddətləndiyinə diqqət çəkiblər.

Bundan əvvəl İsmayılzadənin vəziyyəti ağırlaşıb və həkimlər onun həbsxanadan qıraqda müalicə olunmasını tövsiyə etsələr də, həbsxana rəhbərliyi buna icazə verməyib.

Qeyd edək ki, "insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək"də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib və 6 aylıq məhkumluq dövrünü yaşamaq üçün Təbriz həbsxanasına köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar