SON XƏBƏRLƏR

İranda dang qızdırmasına yoluxanların sayı açıqlandı

2024.09.07, 14:14
İranda dang qızdırmasına yoluxanların sayı açıqlandı

Sentyabrın ilk həftəsində İranda 178 “Denge” qızdırması halı qeydə alınıb.

Gunaz.tv

Bu barədə Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Şəhnam Ərşi məlumat verib.

O, xəstəliyə yoluxanların ölkənin yalnız bir hissəsində yaşayanlar arasında müşahidə olunduğunu iddia edib. 

Ərşinin sözlərinə görə, diaqnoz qoyulan şəxslərin bir çoxu xaricə səyahət edənlər olub. 

Qeyd edək ki, danq qızdırması yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir. Meymunlar, dələlər, quşlar, eləcə də ağcaqanadlar virus yayıcı hesab edilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar