SON XƏBƏRLƏR

Zənganlı yanğınsöndürənlər etiraz aksiyası keçirdilər

2024.09.16, 10:54
Zənganlı yanğınsöndürənlər etiraz aksiyası keçirdilər

Güney Azərbaycanın Zəngan şəhərinin yanğınsöndürənləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə etirazçılar sosial mediada məlumat yayıblar.

Zəngan şəhərinin bələdiyyəsi binası qarşısına toplaşan narazılar əmək haqlarının az olmasına, başqa qanuni tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.

Azərbaycanlı yanğınsöndürənlər Tehranla başqa əyalətlər arasında əmək haqlarında olan kəskin fərqin bölgələrdəki işçilərə qarşı ayrı-seçkilik olduğunu bildiriblər.

Zəngan Bələdiyyəsinin yanğından mühafizə və təhlükəsizlik xidmətlərinin rəisi Əmir Fəzli paytaxtla Zəngan yanğınsöndürənlərinin əmək haqlarının fərqli olduğunu təsdiqləyib.

"Əmək haqlarının müəyyənləşdirilməsi məsələsində Tehranın öz qaydaları var və biz bu məsələdə heç nə edə bilmərik",- deyə o, qeyd edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar