SON XƏBƏRLƏR

Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi

2024.09.16, 16:58
Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Sentyabrın 16-da Britaniya hökuməti İranın aviasiya sənayesi üçün ehtiyat hissələri və avadanlıqların tədarükünün qarşısını almağa yönələn yeni sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu sanksiyalar vasitəsilə İranın pilotsuz təyyarələrin və raketlərin istehsalını və tədarükünü dayandırması və müdafiə sənayesinə təzyiqi artırmaq nəzərdə tutulur.

Britaniyanın yeni sanksiyalarına əsasən, bəzi əşyaların İranaa ixracı, tədarükü, çatdırılması və ya İranda istifadəsi qadağan elan olunub.

Bu mallara daxili yanma mühərrikləri və turbojetlər, gecə görmə kameraları və termal kameralar, xüsusilə dronlar, radar və radionaviqasiya avadanlığı, elektron komponentlər və avadanlıqlar və yarımkeçiricilər daxildir.

Bununla yanaşı aeronaviqasiya üçün lazer sistemləri, yarımkeçiricilərin istehsalı və yığılması üçün maşın və avadanlıqlar, telekommunikasiya baza stansiyaları, PUA-lar üçün proqram təminatı və kompüter sistemləri də sanksiyalar siyahısına daxil edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar