SON XƏBƏRLƏR

Milli fəal prokurorluğa çağırılıb

2024.09.24, 13:31
Milli fəal prokurorluğa çağırılıb

Milli fəal Rəhim Sasani Ermənistanın Araz çayını çirkləndirməsi ilə bağlı yazı və paylaşımlarına görə, Xudafərin şəhərinin prokurorluğa çağırılıb.

Gunaz.tv

Bu barədə ona yaxın şəxslər məlumat yayıb.

Xatırladaq ki, ötən il Rəhim Sasani, Mustafa Əvəzpur, Rəhim Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur, Sədullah Sasani və Cəfər Noruzi Ermənistanın Metsamur Atom Elektrik Stansiyasının zəhərli tullantılarının Araz çayına axıdılmasına görə Araz qırağında etiraz aksiyası keçiriblər.

Təhlükəsizlik qüvvələri həmin şəxsləri həbs edib və iki gündən sonra girov qarşılığında müvəqqəti sərbəst buraxıblar.

Qeyd edək ki, Ermənistanın Metsamur Atom Elektrik Stansiyasının zəhərli tullantılarının Araz çayına axıdılması nəticəsində Güney Azərbaycan bölgələrində kənd təsərrüfatı sahəsinə ağır xəsarətlər dəyib, bölgədə xərçəng xəstəliyi geniş yayılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar