SON XƏBƏRLƏR

Qumda İsrailə qarşı "qisas əməlyyatı"

2024.09.26, 11:00
Qumda İsrailə qarşı "qisas əməlyyatı"

İsrailin Livanda Hizbullah mövqelərinə endirdiyi ağır zərbələr və silahlı qruplaşmanın komandirlərinin öldürülməsinə cavab olaraq İranın Qum şəhərində Livana dəstək üçün tədbirlər planı hazırlanıb.

Gunaz.tv

Bu barədə Qum Məscidləri Mərkəzlərinin Qərargahının katibi Məhəmmədrza Heydəri məlumat yayıb.

Onun sözlərinə görə, İsrailin hücumlarına cavab və Hizbullaha dəstək olaraq, 4 gecə dua və qarğış mərasimi keçiriləcək.

Mərasimlərdə İsrailə qarğış ediləcək, Hizbullahın və İrana bağlı proksi qüvvələrin qələbəsi üçün isə dualar ediləcək.

İranlı sosial media istifadəçiləri istehza ilə bunu "İranın İsrailə qarşı ağır qisas əməliyyatı" adlandırıblar.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar