SON XƏBƏRLƏR

Nəsrullaha öldürülmədən əvvəl Xamənei ona xəbərdarlıq edib - Royters

2024.10.03, 11:06
Nəsrullaha öldürülmədən əvvəl Xamənei ona xəbərdarlıq edib - Royters

Livan Hizbullah-nın rəhbəri Həsən Nəsrullah öldürülməmişdən bir neçə gün əvvəl İran rəhbəri Əli Xamənei onun həyatının təhlükədə olması ilə bağlı xəbərdarlıq edib və Nəsrullahın Livanda çıxmasını istəyib.

Gunaz.tv

Bu barədə "Royters" üç İran mənbəsinə istinadən məlumat yayıb.

"Əli Xamənei indi də Mossad-ın İran hökuməti və təhlükəsizlik qurumlarınn yuxarı qatlarına nüfuz etməsindən nigərandır",- məlumatda yazılıb.

Bildirilib ki, 17 sentyabrda Hizbullah üzvlərinə məxsus peycerlərin partlamasından sonra Xamənei Həsən Nəsrullahın yanına xüsusi nümayəndə göndərərək həyatının təhlükədə olduğunu deyib.

"Reuters" adı açıqlanmayan İran mənbəsinə istinadən bildirib ki, Xaməneinin mesajını Həsən Nəsrullaha SEPAH generalı Abbas Nilfuruşan çatdırıb.

Qeyd edək ki, Abbas Nilfuruşan İsrailin Həsən Nəsrullahın gizləndiyi sığınacağa endirdiyi hava zərbələri nəticəsində onunla birgə həlak olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar