SON XƏBƏRLƏR

Netanyahu İrana hücumla bağlı son iclas keçirdi

2024.10.04, 10:04
Netanyahu İrana hücumla bağlı son iclas keçirdi

İranın raket hücumuna necə və nə vaxt cavab verəcəyini müəyyən etmək üçün İsrail Baş naziri Benyamin Netanyahu ötən axşam yüksək səviyyəli təhlükəsizlik məsləhətləşmələrinin sonuncusunu keçirib.

Gunaz.tv

Bu barədə İsrailin “Kanal 12” televizyası məlumat yayıb.

Media nazirlikdəki mənbələrə istinadən İsrailin “ayətullah rejimindən ağır ödəniş tələb edəcəyini” bildirib.

Qeyd edilib ki, gözlənilən sərt cavab Bayden administrasiyası ilə yaxından əlaqələndirilir, Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında tezliklə telefon danışığı ola bilər.

Xəbərdə deyilir ki, İsrailin cavab tədbirinin bir neçə gün ərzində baş tutacağı gözlənilir.

Mənbələrin sözlərinə görə, İsrail bu hücumu cavabsız qoya bilməz və qoymayacaq, sadəcə, bir neçə variant nəzərdən keçirilir:

“İsrail həmçinin İrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək üçün Birləşmiş Ştatlara və ümumilikdə Qərbə güclü diplomatik təzyiq göstərməyə çalışır. İsrail İrana güclü zərbə endirmək üçün yalnız hərbi fəaliyyətlə kifayətlənmək istəmir”.

Media həmçinin İsrail Hərbi Hava Qüvvələrinin cavaba hazır olduğunu və siyasi rəhbərlikdən göstərişlər gözlədiyini vurğulayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar