SON XƏBƏRLƏR

Şəbistərli milli fəalların evində axtarış aparıldı

2024.10.08, 12:11
Şəbistərli milli fəalların evində axtarış aparıldı

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinin əməkdaşları Şərqi Azərbaycan əyalətinin Şəbistər bölgəsinin Nadarlı kəndində yaşayan milli fəlların evlərinə hücum ediblər.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məmurlar Məhəmmədrza Əqdəsi, Hadi əqdəsi, Vəhid Qafari və Calal Nurməhəmmədinin evlərində axtarış aparılıb.

Heç bir məhkəmə sənədi təqdim etmədən adı çəkilən fəalların mobil telefon, komputer və kitabları müsadirə edilib.

Qeyd edək ki, ötən il də, həmin kəndə yaşayan milli fəallar Araz Amani, Həsən Amani və Mürtəza Məhəmmədi həbs edilib və bir müddət sonra girov qarşılığında müvəqqəti azad ediliblər.

Bununla yanaşı həmin kənddən olan milli fəal Əli Rəzizadə Nadarlı hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar