SON XƏBƏRLƏR

İsrailin İqtisadiyyat naziri: "Biz İranı vurmalıyıq"

2024.10.11, 12:44
İsrailin İqtisadiyyat naziri: "Biz İranı vurmalıyıq"

Günaz.tv xəbər verir ki, İsrailin İqtisadiyyat və Sənaye naziri, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının üzvü olan Nir Barkat "France 24" kanalına müsahibə verib.

Gunaz.tv

"Biz İrana hücum etməliyik", - deyən nazir əlavə edib ki, İsrailin hədəfi İran rejiminin nüvə obyektləri olmalıdır.

"İran ilanın başıdır. İsraili boğmaq üçün Həmas, Hizbullah və Yəməndəki Husi terrorçu qruplaşmalarından istifadə edir. İranın əsas məqsədi İsraili yer üzündən silmək üçün nüvə bombası yaratmaqdır."

İsrailin İrana hücumunun regional müharibənin alovlanması riski ilə bağlı suala Barkat bu şəkildə cavab verib: "bu riski gözə almağa hazırıq" 

O, əlavə edib ki, İsrailin Livandakı məqsədi məcburi köçkün israillilərin evlərinə qayıda bilməsi üçün şimal sərhədindəki “terror infrastrukturunu” aradan qaldırmaqdır. İsrailin torpaq işğal etmək niyyəti yoxdur. Nazir həmçinin iddia edib ki, Hizbullah şimal sərhədində oktyabrın 7-də etdiyi hücum planına bənzər yeni plan hazırlayıb.

İsrailin Livanda rejim dəyişikliyinə cəhd edib-etməməsi ilə bağlı suala o, belə cavab verib: “Biz bunu görməkdən çox məmnun olarıq, lakin müharibənin məqsədi bu deyil”.

 

 

Şahin Elxanoğlu

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar