SON XƏBƏRLƏR

İranda narazı ordu polkovniki həbsxanaya köçürüldü

2024.10.14, 12:46
İranda narazı ordu polkovniki həbsxanaya köçürüldü

İran ordusunun Quru Qoşunlarının polkovniki Səccad Azadə Tehrann Evin həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-də həbs edilən zabit həbsxanaya köçürülmədən əvvəl təhlükəsizlik təcridxanasında dindirilib.

O, orudunun məlumatlarını ifşa etmək, hakimiyyətə qarşı təbliğat və Əli Xaməneini təhqir etməkdə günahlandırılıb.

Polkovnikin işinə hərbi məhkəmədə baxıldığı və yaxın vaxtlarda mühakimə ediləcəyi bildirilib.

Qeyd edək ki, Səccad Azadə bundan əvvəl yaydığı video müraciətdə hakimiyyəti İranı girov götürmək və işğal etməkdə ittiham edib.

O, son video müraciətində izlənildiyini və həbs ediləcəyindən əmin olduğunu bildirsə də, susmayacağını deyib.

"Bir zabit kimi ailəmin, özümün və xalqın hüquqlarının pozulmasına laqeyd qala bilmərəm, həyatım bahasına başa gəlsə də, sona kimi mübarizə aparacağam",- polkovnik qeyd edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar