SON XƏBƏRLƏR

İnternet məhdudiyyətini tənqid edən qəzetə cinayət işi açıldı

2024.10.17, 14:33
İnternet məhdudiyyətini tənqid edən qəzetə cinayət işi açıldı

İranda media qurumlarına və fəallarına təzyiqlərin davamında Tehran Prokurorluğu "Həmin mihən" qəzetinə qarşı cinayət işi açıb.

Gunaz.tv

Bu barədə media fəalları məlumat yayıb.

Bildirilib ki, qəzetin son sayında internetə tətbiq edilən məhdudliyyətləri əks etdirən karikaturanın dərcindən sonra media orqanının cəzalandırılmasına qərar verilib.

Karikaturada dözümlülüyü ilə məşhur olan Əyyub peğqəmbərin internetə qoyulan məhdudiyyətdən bezdiyi əks olunub.

Xatırladaq ki, "Fredoom House"nin son hesabatına görə, İran azad internetdən istifadəyə görə reytinq cədvəlində sondan üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, cari ilin mart ayından avqustun sonuna kimi olan hesabata əsasən İranda ümumilikdə 181 jurnalist və media qurumuna qarşı iş açılıb.

Həmin müddət ərzində azı 34 jurnalist və media fəalı saxlanılıb və ya cəzalarını çəkmək üçün həbsxanaya göndərilib.

GünazTV  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar