SON XƏBƏRLƏR

Təbrizdə Səfəvi dövrünə aid tarixi karvansaray məhv olur

2024.10.29, 16:26
Təbrizdə Səfəvi dövrünə aid tarixi karvansaray məhv olur

Təbrizin tarixi Dəvəçi məhəlləsində yerləşən və Səfəvilər dövrünə aid olan məşhur Dəvəçi karvansarayı tamamilə məv olmaq üzrədir.

Gunaz.tv

Bu barədə Təbriz mediası məlumat yayıb.

Bildirilib ki, Təbrizin 10-cu bölgəsinin bələdiyyəsi tarixi abidənin bərpası və qorunması ilə balı müraciətləri cavabsız qoyub.

Dəvəçi karvansarayı məşhur italiyalı səyyah Marko Polonun Təbrizə səfəri zamanı qaldığı yerdir.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Tikantəpədə onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar