SON XƏBƏRLƏR

Urmiyanın keçmiş meri ilə terrorçu Naci Şərifi Zindəşti arasında pərdəarxası münasibətlər üzə çıxıb

2024.10.30, 12:22
Urmiyanın keçmiş meri ilə terrorçu Naci Şərifi Zindəşti arasında pərdəarxası münasibətlər üzə çıxıb

Urmiya bələdiyyəsi daxilindəki mənbələrin bildirdiyinə görə, Urmiyanın keçmiş bələdiyyə sədri Hüseyn Mehdizadə Urmiya bələdiyyəsinin binasından qaçaqmalçılıq məqasədilə istifadə edirmiş və burada terrorçu Naci Şərifi Zindəşti ilə tez-tez görüşlər keçirirmiş.

Gunaz.tv

Məlumatlara görə, o, “Sir Dağı” kanat yolu layihəsini Zindəştiyə təhvil verməyə çalışıb və bunun üçün Zindəştinin Ərbildəki tərəfdaşlarına daşınmaz əmlak almaq üçün lazımi icazələri verib. Bu müddət ərzində o, bələdiyyənin vəzifə və obyektlərini Zindəşti ətrafındakı insanlara və terror tərəfdarlarına təhvil verməyə və onların mövqelərini möhkəmləndirməyə çalışıb.

Həmçinin, onun və ailəsinin maliyyə imkanlarından və bələdiyyə obyektlərindən sui-istifadə etmələri, Urmiya bələdiyyəsinə məxsus “Santa Fe” markalı avtomobilin 2 ildən artıqdır ki, onun həyat yoldaşı və qızının ixtiyarında olması barədə məlumatlar var.

Qərbi Azərbaycandakı kürd terror qruplaşmalarının tərəfdarları ilə İrandakı anti-türk hərəkatı, xüsusən də, Cavad Zərifin qruplaşması arasında sıx əlaqə olduğunu nəzərə alsaq, Tehranın bəzi güc mərkəzlərinin artıq bu məsələyə müdaxilə etməsi mümkün görünür.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar