SON XƏBƏRLƏR

Zəlzələdən zərər çəkən xoylular ağır vəziyyətdədir

2024.10.31, 12:01
Zəlzələdən zərər çəkən xoylular ağır vəziyyətdədir

28 yanvar 2023-ci ildə Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsində baş verən zəlzələ nəticəsində evləri dağılan azərbaycanlıların bir çoxunun vəziyyəti ağır olaraq qalır.

Gunaz.tv

Bu barədə Təbrizin "Azərəncümən" nəşrinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, zəlzələnin baş verməsindən 600 gündən çox keçməsinə baxmayaraq, hökumətin vəd etdiyi yardımlar və bərpa işləri yerinə yetirilməyib

Zərərçəkənlərin sözlərinə görə, məsələ ilə bağlı məsuliyyət daşıyan dövlət qurumları, o cümlədən, banklar qəbul olunan qərarları icra etmirlər.

Bildirilir ki, banklar dağılan evlərin bərpası və zədələnən yaşayış yerlərinin təmiri üçün vəd edilən kreditlərin ödənilməsindən imtina edirlər.

Bu səbəbdən hələ də bir çox ailələr müvəqqəti sığınacaq kimi nəzərdə tutulan və əksəriyyəti azərbaycanlı xeyriyyəçilərin hesabına alınan kanekslərdə (konteyner) yaşayırlar.

Qeyd edək ki, 28 yanvar 2023-cü ildə Xoy bölgəsində baş verən 5.9 bal gücündə zəlzələdə 13200 ev xəsarət alıb, 130 min nəfər çadır düşərgələrində yerləşdirilib.

Zərər çəkənlərin bir çoxu hələ də çadırlarda və kaneks sığınacaqlarda yaşayır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar