SON XƏBƏRLƏR

İranda ürək xəstəliklərindən ölənlərin sayı açıqlandı

2024.11.02, 13:49
İranda ürək xəstəliklərindən ölənlərin sayı açıqlandı

İranda bütün yaşlarda və hər iki cinsdə ölümün ilk 20 səbəbi arasında ən çox rast gəlinən səbəb infarkt da daxil olmaqla, işemik ürək xəstəlikləri ilə bağlıdır.

Gunaz.tv

Bunu Səhiyyə Nazirliyinin məsul nümayəndəsi Nəsrin Bayat deyib.

Onun sözlərinə görə, son illər İranda baş verən ölüm hallarının 21%-i ürək xəstələrinin payına düşür.

Qeyd edək ki, bir müddət əvvəl isə səhiyyə nazirinin keçmiş müavini Hüseyn Fərşidi hər il İranda 160 min nəfərin ürək-damar xəstəlikləri səbəbindən öldüyünü bildirib.

Bununla yanaşı insult isə ölkədə ölüm hallarının ikinci, əlilliyin isə birinci səbəbidir. 

Səhiyyə Nazirliyinin ötən oktyabr ayına olan statistik məlumatlarında isə hər il orta hesabla 550 min nəfərin müxtəlif növ insult keçirdiyi, bu rəqəmin 15%-nin ölümlə nəticələndiyi qeyd olunub.

Hesabata görə, ölkədə insult keçirən insanların təxminən 30%-nin yaşı 50 yaşdan azdır, bu da dünya üzrə orta göstəricidən 10 il aşağıdır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar