SON XƏBƏRLƏR

Məhbus fəal tibb xidmətdən məhrum edilib

2024.11.08, 12:59
Məhbus fəal tibb xidmətdən məhrum edilib

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və vəkil Tahir Nəqəvinin bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, onun həbsxanadan qıraq tibbi mərkəzdə müayinə və müalicəsinə icazə verilmir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatlarının yaydığı məlumatda deyilir.

"Prostat xəstəliyindən əziyyət çəkən Tahir Nəqəvinin müalicəsinə imkan verilmədiyinə görə, o şiddətli ağırılar çəkir. Həmçinin onun onurğa sütunu zədələnib və sağ əlindən istifadə qabiliyyəti azalıb. Bütün bunlara baxmayaraq, məmurlar onun müalicə üçün xəstəxanaya göndərilməsinə imkan vermirlər",- məlumatda bildirilib.

Qeyd edək ki, Tahir Nəqəvi fevralın 6-da Kərəc şəhərində həbs edilib.

Təhlükəsizlik məmurları fəalların evinə hücum edib, onları saxladıqdan sonra evlərində axtarış aparıb və ona məxsus bir sıra şəxsi əşyaları müsadirə ediblər.

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Nəqəvini "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmqaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırıb, ona və 6 il həbs cəzası verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar