SON XƏBƏRLƏR

Bəhailərin dini mərasimində 11 nəfər həbs edildi

2024.11.09, 11:46
Bəhailərin dini mərasimində 11 nəfər həbs edildi

İranda islam dininin bəhai təriqətinə mənsub olan vətəndaşlara təzyiqlərin davamında İsfahanda daha 11 bəhai həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayb.

Onların sözlərinə görə, Tehran və Kərəc şəhərindən olan Rəşid, Parsa və Pedram Dehqani qardaşları dini bayramda iştirak etmək üçün İsfahan şəhərinə getdikdən sonra başqa 8 nəfərlə birgə saxlanılaraq naməlum yerə aparılıblar.

Dindirildikdən sonra 8 nəfər sərbəst buraxılsa da, Dehqani qardaşları həbsdə saxlanılıb.

Onlara qarşı irəli sürülən ittiham və harada saxlanıldıqları barədə məlumat verilməyib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitutsiyası bəhai dinini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar