SON XƏBƏRLƏR

İsrail peycer partlayışlrının məsuliyyətini öz üzərinə götürdü

2024.11.11, 11:33
İsrail peycer partlayışlrının məsuliyyətini öz üzərinə götürdü

İsrail sentyabr ayında Hizbullah terror təşkilatının rabitə cihazlarının partlamasının məsuliyyətini ilk dəfə olaraq öz üzərinə götürüb.

Gunaz.tv

Bununla bağlı İsrail baş nazirinin sözçüsü Ömər Dosteri açıqlama verib.

“Noyabrın 10-da Benyamin Netanyahu Livanda peycer cihazlarının partladılmasına göstəriş verdiyini təsdiqləyib”,- o bildirib.

“The Times of Israel” qəzeti yazıb ki, Netanyahu Nazirlər Kabinetinin iclasında peycerin partladılması əməliyyatının və Livan Hizbullahının baş katibi Həsən Nəsrullahın öldürülməsinin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin müqavimətinə baxmayaraq həyata keçirildiyini bildirib.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda kibermüdaxilə nəticəsində müxtəlif rabitə qurğularında baş vermiş partlayışlarda ümumilikdə 879 nəfər həlak olub, 4500 nəfər yaralanıb.

Onlardan 131-i iranlı, 79-u yəmənli və 291-i Hizbullahın yüksək rütbəli üzvləridir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar