SON XƏBƏRLƏR

İran hökumətinə qarşı sanksiyalar gücləndirilməlidir - Stiven Mnuçin

2024.11.11, 13:19
İran hökumətinə qarşı sanksiyalar gücləndirilməlidir - Stiven Mnuçin

İran və Rusiyaya qarşı daha sərt maliyyə sanksiyaları tətbiq edilməli, bu ölkələrin neft gəlirlərini azaltmaq üçün əlavə tədbirlər görülməlidir.

Gunaz.tv

Bu sözləri Donald Trampın bundan əvvəlki prezidentliyi dövründə maliyyə naziri olan Stiv Mnuçin deyib.

Respublikaçılar administrasiyasının keçmiş rəsmisi, İran və Rusiyanın hasilatının azalmasının vurduğu zərərdən yayınmaq, neft və qazın beynəlxalq qiymətini sabitləşdirmək üçün ABŞ və Yaxın Şərq ölkələrinin neft və qaz hasilatını artırmağı təklif edib.

Qeyd edək ki, “Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, Donald Tramp administrasiyası İranın Yaxın Şərqdəki proksi qruplarına dəstəyini zəiflətmək və hökumətin nüvə proqramına qarşı çıxmaq üçün Tehranın neft satışlarını azaltmağı planlaşdırır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar