SON XƏBƏRLƏR

Qrossi İran rəsmiləri ilə görüşüb

2024.11.14, 14:53
Qrossi İran rəsmiləri ilə görüşüb

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İran hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkəyə səfər edib.

Gunaz.tv

Noyabrın 13-ü gecə Tehrana səfər edən Qrossi, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami və xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.

O, bu gün M.İslami ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, yoxlama sahəsində hər şey aydın və şəffaf olmalı, agentliyin İranın nüvə fəaliyyətlərini yoxlamaq imkanı və səlahiyyətinə maneə törədilməməlidir.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami və XİN başçısı Abbas Əraqçı isə Tehranın nüvə proqramına qarşı istənilən qətnaməyə dərhal və qəti şəkildə cavab verəcəyini deyiblər.

Xatırladaq ki, Fransa, Böyük Britaniya və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qəyyumlar Şurasının gələn həftə keçiriləcək iclasında İrana qarşı qətnamə qəbul etmək niyyətindədirlər.

Rafael Qrossi İsrailin İranın nüvə obyektlərinə hücumu ehtimalı ilə bağlı Atom Enerjisi Agentliyinin mövqeyi ilə bağlı suala da cavab verib:

“Mən prezident və ya siyasətçi deyiləm və nüvə obyektlərinə hücum haqqında yalnız xəbərdarlıq edə bilərəm".

Qeyd edək ki, Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana səfərinin qarşısını alması və İranın elan olunmamış ərazilərində aşkar edilmiş uran izləri ilə bağlı dəqiq izahat verməməsi agentlikləTehran arasıdakı mübahisəli məsələlərdəndir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar