SON XƏBƏRLƏR

Məsud İmami Ərdəbil valisi oldu

2024.11.18, 15:13
Məsud İmami Ərdəbil valisi oldu

Məsud Pezeşkian hökuməti dövründə valiliklərdə edilən yeni təyinatların davamında Ərdəbil əyalətinə də yeni vali təyin olunub.

Gunaz.tv

Bu barədə İranın hökumət sözçüsü fatimə Mühacirani məlumat verib.

Onun sözlərinə görə, noyabrın 17-i axşam saatlarında Məsud Pezeşkianın başçılığı ilə Nazirlər Kabinetinin iclası keçirilib.

"Daxili İşlər Nazirliyinin təqdimatı və Nazirlər Kabinetinin təsdiqi ilə Məsud İmami Yeganə Ərdəbil əyalətinin 11-ci valisi seçilib",- Mühacirani bildirib.

Qeyd edək ki, 1977-ci ildə anadan olan miliyyətcə türk vali, memarlıq üzrə magistr dərəcəsinə malikdir və memarlıq üzrə doktorantdır.

İmamidən əvvəl Ərdəbil əyalətinə mühafizəkar siyasi cərəyana mənsub və Ərdəbilin cümə imamı Həsən Amulinin qardaşı oğlu Hamid Amuli başçılıq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar