SON XƏBƏRLƏR

İsrail İrana qarşı sanksiyaları alqışladı

2024.11.20, 11:43
İsrail İrana qarşı sanksiyaları alqışladı

İsrailin xarici işlər naziri Gideon Saar Avropa Birliyinin İrana qarşı sanksiyaları genişləndirmək qərarını alqışlayıb və bunu İslam Respublikasının təhdidləri ilə mübarizədə zəruri addım hesab edib.

Gunaz.tv

O, bu barədə özünün X hesabında paylaşım edib.

“AB xarici işlər nazirlərinin İran rejiminə qarşı sərt sanksiyalar tətbiq etmək qərarını alqışlayıram. Bu sanksiyalar İranın raket və pilotsuz təyyarələrinin istehsal prosesini pozub, İran silahlarının münaqişə bölgələrinə tədarükünü çətinləşdirib, Ayətullahlar rejiminə iqtisadi təzyiqləri artırıb",- nazir bildirib.

Qeyd edək ki, noyabrın 18-də Avropa Birliyi İran hökumətinin Ukrayna ilə müharibədə Rusiyaya hərbi dəstəyinə görə İslam Respublikasına qarşı əlavə sanksiyaların tətbiq edib.

Bu sanksiyalara raketlərin və pilotsuz təyyarələrin istehsalında istifadə edilən hissələrin Avropa Birliyindən İrana ixracına qadağa da daxildir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar