SON XƏBƏRLƏR

BMT azərbaycanlı məhbusla bağlı bəyanat yaydı - Dərhal azad edilsin

2024.11.27, 12:26
BMT azərbaycanlı məhbusla bağlı bəyanat yaydı - Dərhal azad edilsin

BMT-nin İran üzrə Müstəqil Faktaraşdırıcı Komitəsi İran hökumətindən Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, insan haqları müdafiəçisi və 2023-cü il Nobel Sülh mükafatı laureatını dərhal azad etməsini tələb edib.

Gunaz.tv

Bu barədə qurumun bəyanatında bildirilib.

Faktaraşdırıcı Komitə öz bəyanatında siyasi məhbusun fəaliyyətini, həbs müddətini və ona qarşı təzyiqlərə toxunub.

"Məlumatlara görə, həbsxana rəhbərliyi dəfələrlə Nərgiz Məhəmmədinin zəruri tibbi xidmətlərdən istifadə etməsinə icazə verməyib. Məhbuslar, xüsusən də hüquq müdafiəçiləri, jurnalistlər və yazıçıların tibbi ehtiyaclarına etinasız yanaşmaq İran hökumətinin geniş yayılmış və sistemli təzyiq modelinin bir hissəsinə çevrilib, bu davranışın dayandırılmasına çağırırıq”,- bəyanatda qeyd olunub.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan Nərgiz Məhəmmədi  bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Bir müddət əvvəl isə Tehranın Cinayət Məhkəməsi, edam cəzalarının dayandırılması tələbi ilə həbsxanada keçirdiyi etiraz aksiyasına görə Nərgiz Məhəmmədiyə daha 6 ay həbs cəzası verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar