SON XƏBƏRLƏR

Avropa Parlamenti İranda insan haqları ilə bağlı qətnamə hazırladı

2024.11.28, 10:36
Avropa Parlamenti İranda insan haqları ilə bağlı qətnamə hazırladı

Avropa Parlamenti İranda qadınlara və qızlara qarşı sistematik ayrı-seçkiliyə, o cümlədən məcburi hicaba son qoymağı, “İffət və hicab mədəniyyətinin təbliği haqqında” qanunu və gender ayrı-seçkiliyinə yol açan digər qanunları ləğv etməyi tələb edən qətnamə layihəsi hazırlayıb.

Gunaz.tv

Qətnamədə digər məsələlərlə yanaşı, Tehran hökumətinin iranlı qadın və qızların hüquqlarını geniş şəkildə pozmaq üçün müxtəlif tədbirləri, çox sayda qadın və qızın həbs edilməsi və qadın hüquqları müdafiə hərəkatına qarşı repressiyalar qeyd edilib.

"İranlı qadın və qızların hüquqlarının sistemli şəkildə pozulması İbrahim Rəisinin prezidentliyə başladığı vaxtdan artıb, Məsud Pezeşkianın prezidentliyi dövründə isə azalmayıb",- qətnamə layihəsində bildirilib.

Avropa Parlamenti qətnamə layihəsində İranda insan haqlarının ağır vəziyyətini, o cümlədən dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqini, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi, hüquqşünas və hüquq müdafiəçisi Nəsrin Sütudə kimi qadınların həbsi və işgəncəyə məruz qalmasını vurğulayıb.

Bununla yanaşı İran hökumətindən qadınlara və qızlara qarşı sistematik ayrı-seçkiliyə, o cümlədən məcburi hicaba tamamilə son qoymağı, “İffət və Hicab Mədəniyyətinin Təbliği” qanununu və digər gender ayrı-seçkiliyi qanunlarını ləğv etməyi tələb edib.

Bu layihədə Avropa Parlamenti İrandan BMT-nin faktaraşdırıcı missiyasına və İranın xüsusi məruzəçisinə məhdudiyyətsiz səfər imkanı verməsini istəyib.

Layihədə həmçinin Avropa Birliyi və üzv dövlətləri davam edən insan hüquqları pozuntularına görə məsuliyyətin təmin edilməsi üçün Xüsusi Məruzəçinin mandatının uzadılmasını və faktaraşdırıcı komissiyanın hesabatlarının ciddi şəkildə izlənilməsini dəstəkləməyə çağırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar