SON XƏBƏRLƏR

Avropa Parlamenti İranda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul etdi

2024.11.29, 10:00
Avropa Parlamenti İranda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti cnoyabrın 28-də İranda insan haqlarının geniş şəkildə pozulmasını kəskin şəkildə pisləyən qətnamə qəbul edərək, bu ölkəni məcburi hicab da daxil olmaqla, qadınlara və qızlara qarşı sistematik ayrı-seçkiliyə son qoymasını tələb edib.

Gunaz.tv

Qətnamə lehinə 562, əleyhinə 2 səs və 30 bitərəf olmaqla təsdiq edilib.

Qətnamədə Avropa Parlamenti İrandan BMT-nin faktaraşdırıcı missiyasına və İranın xüsusi məruzəçisinə məhdudiyyətsiz səfər imkanı verməsini istəyib.

Avropa Parlamenti İrandan Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının faktaraşdırıcı komitəsinə və bu təşkilatın insan haqları üzrə xüsusi məruzəçisinə ölkədə insan haqlarının vəziyyətini araşdırmaq üçün İrana məhdudiyyətsiz giriş imkanı verməsini istəyib.

Eyni halda qətnamədə Avropa Parıamenti Avropa Birliyi Şurasından SEPAH-ı terror təşkilatı kimi tanımasını istəyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar