SON XƏBƏRLƏR

Həmədanda sosial media fəalı həbs edilib

2024.11.29, 21:29
Həmədanda sosial media fəalı həbs edilib

Həmədan əyalətinin Kəbudərahəng şəhərindən olan azərbaycanlı sosial media fəalı Mürtəza Xaki həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, "İranın yüksək rütbəli rəsmilərini təhqir etmək"də günahlandırılıb.

Bildirilib ki, İran Ali Məhkəməsi Mürtəza Xakinin telefon nömrəsi və bank hesabının bağlanması barədə qərar çıxarıb.

"Kəbudərahəng" şəhərində həbs edilən Mürtəza Xaki Famənin məhkəməsində mühakimə olunduqdan sonra Həmədan şəhərinin mərkəzi həbsxanasına köçürülüb",- insan haqları təşkilatları bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar