SON XƏBƏRLƏR

Tehranın nüvə silahı yaratmaq riski ciddi təhlükədir - Xəbərdarlıq

2024.11.30, 10:49
Tehranın nüvə silahı yaratmaq riski ciddi təhlükədir - Xəbərdarlıq

Yaxın aylarda İslam Respublikası tərəfindən nüvə silahı yaratmaq riski, şübhəsiz ki, ciddi təhlükə olacaq.

Gunaz.tv

Bu barədə Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin direktoru Nicolas Lerner xəbərdarlıq edib.

O əlavə edib ki, Britaniya və Fransa belə bir ehtimala hazırlaşmaq üçün öz strategiyalarını tərtib edirlər.

"Təhlükəsizlik xidmətlərimiz, şübhəsiz ki, qarşıdakı aylarda kritik təhlükələrdən biri ilə mübarizə aparmaq üçün birlikdə işləyir",- Lerner britaniyalı həmkarı ilə görüşündə deyib.

Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur da məsələ ilə bağlı narahatlığını ifadə edib:

"İran hökumətinin nüvə ambisiyaları hamımızı, xüsusən də Fars körfəzindəki ingilis və fransız dostlarını təhdid edir".

Noyabrın 29-da Reuters xəbər agentliyi də diplomatik mənbələrə istinadən xəbər verib ki, İslam Respublikası ilə üç Avropa ölkəsi arasında bəzi mübahisəli məsələlər, o cümlədən İran hökumətinin nüvə proqramı ilə bağlı Cenevrə danışıqları "cüzi irəliləyiş"lə müşayiət olunub.

Qeyd edək ki, iki gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı Qərbi atom bombası yaradacaqları ilə təhdid edib.

"Əgər Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında sanksiyaları yenidən tətbiq etsələr, İranda hamı əvvəlki nüvə doktrinasının yanlış olduğuna əmin olacaq və düşünürəm ki, sanksiyaların geri qayıdacağı təqdirdə böhranla üzləşəcəyik",- Əraqçı bildirib.

Bu, Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının noyabrın 21-də İranın bu agentliklə əməkdaşlıq etməməsini və həmçinin İranın gizli nüvə fəaliyyətlərini pisləyən qətnamə qəbul etməsindən sonraya təsadüf edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar