SON XƏBƏRLƏR

Əraqçı Suriyaya səfər edib

2024.12.02, 09:31
Əraqçı Suriyaya səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçı dekabrın 1-də Suriyaya səfər edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, iranlı nazir Suriya Prezidenti Bəşər Əsədlə görüşüb və ona Tehranın dəstəyinin davam etdiriləcəyini bildirib.

Əsəd rejiminin müxaliflərinin terrorçu adlandıran Əraqçı, onların yeni əməliyyatlarını "düşmənlərin Yaxın Şərqin sabitliyi və təhlükəsizliyinə qarşı sui-qəsdin bir hissəsi" olduğunu iddia edib.

İran XİN başçısı Dəməşə səfərindən sonra bu gün Ankaraya səfər edib və onun dekabrın 2-də Ankarada Türkiyənin yüksək vəzifəliləri ilə görüşü planlaşdırılır..

Qeyd edək ki, Heyət Təhrir əş-Şam qruplaşmasının öncüllük etdiyi müxaliflər iki gün ərzində Hələb şəhərini ələ keçirib, İdlib vilayətində tam nəzarəti təmin edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar