SON XƏBƏRLƏR

Germidə Səlcuqlular dövrünə aid tarixi abidə aşkarlandı

2024.12.07, 15:26
Germidə Səlcuqlular dövrünə aid tarixi abidə aşkarlandı

Ərdəbil əyalətinin Germi rayonunun Digəvər bölgəsində bişmiş kərpicdən inşa edilən sənaye təyinatlı tarixi abidə aşkarlanıb.

Gunaz.tv

Bu barədə Ərdəbilin Mədəni İrs İdarəsinin Arxeologiya şöbəsinin müdiri Seyyid Ruhullah Məhəmmədi məlumat yayıb.

O, abidənin 16 hektar ərazisi olan tarixi bölgədə aşkar edildiyini və Səlcuqlu, Eıxanlı dövrünə aid olduğunu bildirib.

Sənaye təyinatlı ikimərtəbəli kərpic konstruksiyanın aşkar edilməsini əhəmiyyətli tapıntı hesab edən Məhəmmədi, burada Səlcuqlu dövrünə aid şəhərin olduğunu ehtimal etdiklərini söyləyib.

"Buna görə də, tarixi bölgədə tədqiqatların genişləndirilməsi və davam etdirilməsinə qərar vermişik",- o qeyd edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar